Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fatimə Bayramova Avropa üçüncüsü olub

Bolqarıstanın Samokov şəhərində 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. AGF-dən verilən məlumata görə, çempionatın 5-ci günü yiqmamizin aktivinə daha bir bürünc medal yazılıb. Söhbət çıxışını üçüncü yerdə bitirən Fatimə Bayramovadan (46 kq) gedir. O, bürünc medal uğrunda görüşdə polşalı Zuzanna Sokolvskyani üstələyib (10:0). 

Bununla da Azərbaycan qızlardan ibarət U-17 komandası Avropa çempionatını biri gümüş, biri bürünc əyarlı olmaqla, 2 medalla başa vurub.

Xatırladaq ki, Fatimə Bayramovadan öncə, Xədicə Qurbanzadə çıxışını ikinci yerdə bitirməklə gümüş medal qazanıb.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin