Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Baba Allahnəzərov:

Ayaz Mütəllibov dövrü – səhvlər, qarşıdurmalar və tarixi dərslər

Mayın 12-si Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi Ayaz Mütəllibovun doğum günüdür. O, bu gün 88 yaşını qeyd edə bilərdi...
Ayaz Mütəllibovla bağlı nə demək olar.?! İlk növbədə onu demək olar ki, yəni biz istəməsək də, istəsək də seçkilərdə saxta seçilmiş olsa da, Moskvanın adamı olsa da O, Azərbaycanın Respublikasının ilk prezidenti olub. Bunu dana bilmərik. Lakin A.Mütəllibov Azərbaycan idarəçiliyində böyük postlar tutmasına baxmayaraq daha çox siyasi səhvləri ilə xalqın yaddaşında qalıb. Doğrudur, bu gün onun tərəfdarları az da olsa var...Lakin bu daha çox bir tayfa istəyidir. Onun tərəfdarlarının olmasına əsas səbəb indiki rejimin istər sovet dövründə, istərsə də sonralar bu günə qədər davam edən tayfa, reqion, reqionçuluq siyasətinin aparılmasıdır. İstər qarabağlı Vəzirovun, istərsə də şirvanlı A.Mütəllibov və ermənistanlı H.Əliyev başçılıq etdikləri hakimiyyətləri dövründə tayfaçılıq siyasətinə üstünlük veriblər. Belə hallar bütün avtoritar rejimlər üçün səciyyəlidir, xarakterikdir. Daha qabarıq olaraq önə çıxır. Bu dövrlərdə aparılan xüsusən də səriştəsiz tayfa kadr siyasəti bütün dövlət strukturlarında mövcud hakimiyyətlər tərəfindən heç nəyə baxılmadan həyata keçirilirdi. Tayfabazlıq siyasəti Azərbaycanıın milli azadlıq hərakatı dövründə də özünü göstərirdi. Təəssüf ki, klanların davasında əziyyət çəkən, ölən sadə xalq oldu.
Ayaz Mütəllibov qalsaydı nə olardı?!
Bu sual özü özünə sanki hovlnak verilir düşünənlərə. Amma əminəm ki, Ayaz Mütəllibov qalsaydı biz bu günə kimi yenə də Rusiyanın vassalı, əyaləti kimi qala bilərdik. Torpaqlarımızın azad olunması  mümkün olmayacaqdı, dünyaya açılmayacaqdıq. Klan və tayfa davası isə ölkəni çökdürəcəkdi.
Ayaz Mütəllibov qalsaydı nə demokratik düşərgə, nə də indiki müxalifət olmayacaqdı. Onlar daha erkən həbsxanalarda çürüyəcək və ya ölkə hüdudlarından kənarda yaşamasına səbəb olunacaqdı. Əslində bu günkü rejim də bu siyasəti apardı və bu günə kimi də davam edir. 
Ziddiyətli şəxsdir. Bir tərəfdən xalqa, onun ümid yeri olan Xalq Cəbhəsinə divan tutmaq üçün Bakıda qoçu dəstələrini (Qardaşlıq, h.Əbdül dəstələri) yaradan A.Mütəllibov, digər tərəfdən Moskvanın göbəyindən Lefortova həbsxanasından  E.Məmmədov, Xəlil Rza və M. Hatəminin  və digərlərinin azad olunmasına (Bakıya gətirilməsinə) çalışırdı. O, hətda bunu bacardı və Bakıya gətizdirərək azad etdi...
Ayaz Mütəllibov qalsaydı, indiki rejimin mövcudluğu da  mümkünsüz olacaqdı. Bununla bərabər Ayaz Mütəllibov qalsaydı xalq heç vaxt ona güllə atmayan bu prezidenti 88 dəfə yıxa da bilərdi...Bunu da unutmayın.!
Gəlin, həm də o dövrdə, yəni 1990-95 ci illərdə mövcud olmuş parlamentin siyasi fəaliyyətini də unutmayaq. Məhz onun dövründə Parlament tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, sərhəd qoşunlarımızın, gömrük, vergi sistemimizin yaradılması, üçrəngli bayrağımızın, himnimizin, herbimizin, milli valyutamızın təsis edilməsi, siyasi partiyalar, mətbuat, sərbəst toplaşma azadlığı və s, və s. barədə tariximizin ən mühüm qanun və qərarlarını qəbulu baş vermişdi...Hətda qeyd etməliyəm ki, Azərbaycan qanunverici orqanı mövcud olduğu nə bundan əvvəlki 70 illik dövründə, nə də sonralar belə mühüm qanunlar qəbul etməyib.
Onun ən böyük səhvlərindən biri də, ən böyüyü də  Rusiyanın qorxusundan Milli ordunun yaranması üçün heç bir əməli işlər görməməsi idi. Bu isə Rusiyanın havadarı olan Ermənistana gələckdə  Azərbaycan torpaqlarını işğal etməsinə böyük avantaj verirdi. A.Mütəllibov isə bu işğalın müvəqqəti, Rusiya daxilində olan hakimiyyətdaxili qüvvələrin işi olduğunu düşünürdü, onu bu vəzifəyə təyin edən Qorbaçova inanırdı. Təsadüfü deyildi ki, O, hətda dəhşətli Xocalı hadisəsinə də düzgün siyasi qiymət verə bilməmişdi. 
Bu günkü rejim isə apardığı bərbad siyasətdən savayı azadlıq hərəkatı liderlərinin, istiqlalçı millət vəkillərinin haqqını tanımamaq, Azərbaycan tarixi qarşısında xidmətlərini danmaq məqsədi ilə bu parlamentin, mövcudluğunu, Ayaz Mütəllibovun yerinə gələn Elçibəy hakimiyyətini, onun naliyyətlərini  danmağa
üz tutdu.. Üstündən 30 il keçməsinə baxmayaraq yeri gəldi gəlmədi bir illik Elçibəy hakimiyyətini, onun liderlərini söyməklə öz bacarıqsız siyasətlərinin səbəblərini kənarda axtarmaqla məşğul oldular.
Əlbəttə, çox təəssüf...
Ayaz Mütəllibovun səhvləri çoxdur. O, nə xalqla, nə də onun güvənc yeri olan Azərbaycan Xalq Cəbhəsi ilə, xüsusən də onun heydərçi qanadı ilə işləməyi bacarmadı, onu zərərsizləşdirə bilmədi.
Şuşanın işğalı ərəfəsində aprelin 23-dən may ayının 7-nə qədər Bakıda Ali Sovetin binası qarşısında isə H. Əliyevin tərəfdarları iki həftə ərzində H. Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə fasiləsiz mitinq keçirirdi.. Digər fasiləsiz mitinqi yenə Ali Sovet qarşısında 7- 14 may tarixlərində A. Mütəllibov tərəfdarları Hacı Əbdülün başçılığı ilə A. Mütəllibovun hakimiyyətə gaytarılması tələbi ilə təşkil etmişdi. Ölkə xaosa yuvarlanırdı. A.Mütəllibov isə Rusiyaya bağlı olduğundan arxasız qaldı və cəmi bir gülük hakimiyyətdə qaldı. Azərbaycanı banan ölkələr sırasına saldı..
 Xalq Cəbhəsində sağlam qanadında gələcəyi görə və düşünə bilən insanlar daha çox idi...A.Mütəllibov onlarla da münasibət qurmaqda çətinlik çəkirdi. İnanmırdı, hakimiyyətindən qorxurdu. Əvəzində Xalq onu mayın 15-də yenidən ikinci dəfə devirməklə öz sözünü demiş oldu. 
Mütəllibov isə onu bu vəzifəyə gətirmiş Rusiyaya, İmperiya ölkəsinə uçdu...Qanlı xalqın 20 yanvarın faciəsi üzərindən hakimiyyətə gələn A.Mütəllibov, xalq tərfindən də devrildi..mayın 15-də xalqın bir milyonluq yürüş etirazı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. A.Mütəllibov xalqa silah açmadan qaçdı. Doğum gününə həsr edəcəyi gəlişi uğursuzluqla, fiasko ilə nəticələndi.
Belə hadisələr bütün rejimlər üçün  öyrəniləsi hadisə ollmalıdır.
Xalq Cəbhəsi isə hakimiyyətə gələndə dövləti düşündü, A.Mütəllibovun dövlət srukturlarındakı kadrlarını dərhal işdən çıxartmadı və onlar hələ uzun müddət tutduğu vəzifələrində çalışdılar.
Nə isə...tez tələsik yazılan bu statusda səhvlərim varsa üzürlü hesab edin.
Sözardı1. Görünən budur ki, Elçibəyin "pislərin içərisindən ən yaxşısını seçmək" siyasi gedişi uğursuz oldu. Elə olmasaydı, 1993-cü ldən bu günə kimi hələ də davam edən 33 il müddət ərzində nə Elçibəy, nə də indiki müxalifət hakimiyyətdən kənarda qalmazdı. 
Sözardı 2. Ən maraqlısı isə A.Mütəllibovun bu rejimlə barışşığı oldu. Siyasətdən getdiyini bəyan edən Bakıya gəlmək üçün İlham Əliyevlə aparılan danışıqlar müsbət nəticə verdi. A.Mütəllibov Bakıya gələn kimi H.Əliyevin məzarını ziyarət etdi, onun və İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan etdi. Görünməmiş olan bu hadisə siyasi mübarizədə bir reqionun digərinə uduzmasının göstəricisi idi...
Sözardı 3. Qeyd edim ki, o, əslən Şamaxıdan olub. 1938-ci ilin 12 mayında ziyalı ailəsində Bakıda anadan olub. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə vəfat edib. Atası Niyazi Əşrəf oğlu Mütəllibov Azərbaycanlı cərrah, tibb elmləri doktoru olub. A.Mütəllibovun Məştağa kəndindən olan həyat yoldaşı Adilə Mütəllibova da həkim idi.

Best coffeeshop in Berlin