Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli:

Bakını bu cür yağışlara hazırlamaq lazımdır

Düzdür, yağış Allahın nemətidir... və onun nə vaxt, necə və nə qədər yağması da ilahi iradəyə bağlıdır. Amma biz təbiət hadisəsini bəzən öz maraq, imkan və şəraitimizə görə qiymətləndirməli oluruq ki, "kaş belə yox, belə olaydı". Bu mənada demək olar ki, bugünkü yağışın heç yeri yox idi. Onun  yaratdığı problemlər ucbatından bu gün nə  qədər tədbir təxirə salınıb, onlarca gənc magistr üzrə qəbul imtahanına gecikdiyi üçün içəri buraxılmayıb, yəqin ki, BMT-nin WUF13 beynəxalq forumuna gələnlər üçün də gözlənilməzliklər olub, şəhər içərisində və magistral yollarda həm maşınlar, həm də piyadalar xeyli çətinliklərlə üzləşiblər. 
  Əlbəttə, bunlar subyektiv mülahizələr də ola bilər, amma Bakını bu cür yağışlara hazırlamaq üçün çox ciddi addımlar atılmalı, suların dənizə axıdılması üçün  hökümətdən əlavə büdcə almaq hesabına müasir qürğular və drenaj sistemləri inşa edilməlidir ki, "normadan artıq" yağış yağanda şəhərdə belə əcaib mənzərələr olmasın..

Best coffeeshop in Berlin