Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BMT-Habitat: Mənzil məsələsi şəhər təhlükəsizliyi ilə yanaşı nəzərdən keçirilməlidir

Mənzil məsələsi şəhər təhlükəsizliyi və iqlim dəyişikliyinə davamlılıqla yanaşı nəzərdən keçirilməlidir.

BMT-nin Asiya və Sakit Okean üzrə Regional Direktoru Kazuko İşigaki bunu Bakıda keçirilən WUF13 tədbirində bildirib.

O qeyd edib ki, mənzil məsələsi getdikcə şəhər təhlükəsizliyi, əsas xidmətlər, iqlim dəyişikliyinə davamlılıq və inklüziv idarəetmə ilə əlaqələndirilir, çünki bir sahədə irəliləyiş digərlərindəki irəliləyişdən asılıdır.

"Bu işi tək bir qurum yerinə yetirə bilməz. Bu, "Vahid BMT" çərçivəsində əməkdaşlıqdan, şəhərlərə daha koordinasiyalı dəstək üçün mandatların, təcrübənin və sahə iştirakının birləşdirilməsindən asılıdır", - İşigaki deyib.

Best coffeeshop in Berlin