Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünya çempionu Lukaş Podolski karyerasını başa vurub

Almaniya milli komandasının keçmiş hücumçusu Lukaş Podolski peşəkar futbol karyerasını bitirdiyini açıqlayıb.

Polşanın "Qornik Zabrze" klubu bu barədə sosial mediada açıqlama verib.

"Bir fəsil başa çatdı. Yeni bir dövr başlayır. Dünya çempionu Lukaş Podolski bu həftə sonu uğurlu karyerasına son qoyacaq. O, uşaqlıq klubu "Qornik Zabrze"nin sahibi olacaq. Hər şey üçün təşəkkür edirəm, Poldi!" - deyə klubun açıqlamasında bildirilib.

Podolski karyerası ərzində "Köln", "Bayern Münhen", "Arsenal", "İnter", "Qalatasaray", "Vissel Kobe", "Antalyaspor" və "Qornik Zabrze" klublarında oynayıb.

Hücumçu 2014-cü ildə Almaniya millisi ilə Dünya Kubokunu qazanıb.

Best coffeeshop in Berlin