Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İldırım Şükürzadə:

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı elmi seminar

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. 
Prezidendin digər, 30 yanvar 2026-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. 
Məhz həmin plana əsasən bu gün - 20 may 2026-cı il tarixində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Ombudsmanın Cənub Regional Mərkəzi və Lənkəran Tibb Kolleci ilə birgə "Heydər Əliyev və müstəqil Azərbaycanın şəhərsalna modeli: davamlı inkişafdan Zəfərə" adlı elmi seminar keçirildi.
Seminara dəvətlilər və eyni zamanda məruzəçilər sırasında mən də var idim.
Tədbiri giriş sözü ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev açdı. 
Daha sonra çıxışlar oldu. Lənkəran Regional Elmi Mərkəzin direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Türkdilli Ölkələrin Beynəlxalq Akademiyasının professoru, Roma şəhərinin fəxri alimi, tanınmış memar Cahid Həsənov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və mən məruzə edib, tədbir iştirakçılarına mövzu ilə bağlı geniş məlumat verdik. 
Mən məruzə etdikdən sonra müəllifi olduğum kitablardan beşini - "Bu qala, bizim qala" (digər müəllif Zahir Əmənov), "Lənkəran ziyarətgahları", " Lənkəran məscidləri", "Masallı ziyarətgahları" və "Lənkəranın tarix və mədəniyyət abidələri" kitablarımı Lənkəran Regional Elmi Mərkəzinin Ümummilli Liderin 100 illiyi adına kitabxanasına hədiyyə etdim (Nuranə Həmidova ilə həmmüəllif olduğumuz "Astaranın tarix və mədəniyyət abidələri", "Astara məscidləri" və "Şuşa - Qarabağın tacı"  adlı kitablarımız daha öncə Nuranə Həmidova tərəfindən kitabxanaya hədiyyə edilmişdir).
Sonda məruzəçilər, o cümlədən mən elmi seminarda fəal iştirakımıza görə Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunduq.
Elmi seminara dəvətə görə Lənkəran Regional Elmi Mərkəzinin direktor əvəzi, tarix üzrə fəlsəfə doktoru hörmətli Cəmil Quliyevə təşəkkürümü bildirirəm.

Best coffeeshop in Berlin