Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın millimiz Estoniyanı asanlıqla məğlub edib 

Qadın və kişi voleybolçular arasında keçirilən eləcə də Azərbaycan komandalarının da mübarizə apardığı üç turdan ibarət Avropa Liqasının birinci turu başa çatıb.

Baş məşqçisi təcrübəli mütəxəssis Faiq Qarayev olan qadın millimiz bu gün birinci tur çərçivəsində keçirdiyi ikinci oyunda qalib gəlib. Qeyd edək ki, Bakı Voleybol Mərkəzində keçirilən turnir çərçivəsində ilk oyunda İsveçrə (0:3) komandasına məğlub olan millimiz bu oyunda Estoniya yiqmasini çətinlik çəkmədən üstələyib - 3:0 (25:15, 25:14, 25:20). 

Bununla da millimiz birinci turdan (2 oyundan) sonra 3 xalla 24 komanda arasında 12-cidir. Turnirdə ikinci turun oyunları ,15-17 iyunda keçiriləcək. Turnirə 19-21 İyun günlərində üçüncü turlar yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin