Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Qalmışıq

Sabir baba, qarşında xəcalətdə qalmışam,
Sən gördüyün əvvəlki rəzalətdə qalmışam.


Yazdın ki, gedir əcnəbilər seyrə balonla,
Mən binəva qəflətdə ətalətdə qalmışam.


Çün  istəmədik bizləri bir kimsə oyatsın,
Yay-qış hələ yorğanda əsarətdə qalmışam.


Yoxdur soruruşan halımızı, xalq can hayında,
Düşmən də bilir bəlkə, nə halətdə qalmışam.


Dərd oldu bizə tanrı verən sərvətimiz də,
Korrupsioner ölkədə qarətdə qalmışam.


Bezdirdi bizi köhnə hamam, köhnə tas, eyvah!
Cırtdanla div haqqında rəvayətdə qalmışam.


Kim sorsa mənim məskənimi, söylə o şəxsə:
Dəftər-qələm eşqiylə əyalətdə qalmışam.


Öz hali-pərişanıma bir mərsiyə yazdım,
İlham tükənib, indi nəqarətdə qalmışam.


Ta qəbrə qədər zülmə boyun əydi Məhəmməd,
Göydən gələcək əmrə işarətdə qalmışam.

Best coffeeshop in Berlin