Şahmatçımız Məhəmməd Muradlı Özbəkistan turnirində vaxtından əvvəl qalib olub
Özbəkistanda şahmat üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı, eləcə də iki müxtəlif yarışdan ("Masters" və "Challenqe") ibarət olan "UzChess Cup" beynəlxalq turnirə bu gün yekun vurulacaq.
AŞF-dən verilən məlumata görə, "Challenge"də iştirak edən iki təmsilçimizdən biri yarışların bitməsinə hələ bir tur qalmış çempionluğu özünə təmin edib. Söhbət ilk 7 turdan sonra maksimum nəticə göstərərək birinci pillədə yer alan Məhəmməd Muradlıdan gedir. Son turda özbəkistanlı Jakongir Vakhidovla görüş Murad üçün formal xarakter daşıyacaq. Çünki, bu oyunun nəticəsi onun çempionluğuna təsir etməyəcək.
Yeri gəlmişkən, Məhəmmədlə yanaşı "Challenqe"də Aydın Süleymanlı, "Masters"də isə Şəhriyar Məmmədyarov iştirak edir.
İNTİQAM Məmmədov


