Türkiyə millisi DÇ-2026-la erkən vidalaşıb
ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən və planetin 48 millisinin mübarizə apardığı 23-cü dünya çempionatı (DÇ-2026) davam edir. Dünən axşam və bu gün səhər vaxtı mundialda daha 4 oyun keçirilib. Bizlər üçün həm maraqlı, həm də üzücü olan matç ABŞ-ın Santa-Klara şəhərindəki "Levi's Sradium" arenada baş tutub. Söhbət "D" qrupunda baş tutan Türkiyə - Paraqvay matçından gedir. Taleyi salvadorlu referi Arsides Bortona həvalə edilən həmin görüş cənubi amerikalıların minimal hesablı qələbəsi ilə bitib - 0:1. Matçın taleyini həll edən yeganə qolun müəllifi isə 2-ci dəqiqədə Matias Qalarso olub. O, Xulio Enkisodan aldığı ötürməni qola çevirib. Matçda erkən vurulan bu yeganə qol 24 illik fasilədən sonra yenidən mundialda mübarizəyə qatılan Türkiyə millisinin DÇ-2026-yla da erkən vidalaşmasına səbəb olub.
Yeri gəlmişkən, matçın 45+3 dəqiqəsində Miqel Almiron qırmızı kartla qovulub komanda yoldaşlarını meydanda azlıqda qoysa da Türkiyə millisi bu fürsətdən yararlana bilməyib. Bununla da qrupda ardıcıl olaraq iki oyunda məğlub olan ay-ulduzlu komanda praktiki olaraq DÇ-2026-nın pley-off mərhələsinə yüksəlmək şansını itirib.
Qeyd edək ki, matcın diqqət çəkən məqamlarından biri də məhz Miqelin meydandan qovulma səbəbi olub. O, türkiyəli müdafiəçi Mərt Myulderin ağzını əli ilə qapayaraq ona nəsə deyib. Mərtin hakimə şikayətindən sonra hakim manitora baxıb və Miqeli qırmızı kartla meydandan qovub. Amma,...
"D" qrupunda keçirilən digər oyunda isə meydan sahiblərindən biri olan və startda Paraqvay üzərində 4:1 hesablı qələbə qazanan ABŞ millisi Avstraliya komandasına qalib gəlib - 2:0.
Hazırda "D" qrupunda vəziyyət belədir:
ABŞ 2 2 0 0 6-1 6
Avstraliya 2 1 0 1 2-2 3
Paraqvay 2 1 0 1 2-4 3
Türkiyə 2 0 0 2 0 -3 0
Günün digər iki oyunu isə "C" qrupunda bas tutub. Mundiala sülhlə qatılan və beşqat dünya çempionu adını daşıyan Braziliya ikinci turda Haitanı üstələyib - 3:0. Bu oyunun ən yaxşı oyunçusu adına Vinisius Junior layiq olub. Beləki, 36-cı dəqiqədə Kunyanın vurduğu 2-ci qolun ötürülməsini verən Vinisius 45+3 dəqiqədə özü fərqlənib.
"C" qrupunda baş tutan digər oyunda Mərakeş millisi Şotlandiyanı məğlub edib - 1:0.
Bu gün isə "E" qrupunda Almaniya - Kot-d İvuar, "F" qrupunda isə Hollandiya - İsveç matçı olacaq.
Qeyd: DÇ-2026-da 48 komanda 12 qrupda mübarizə aparır. Reqlamentə görə, qrupda ilk iki yeri tutan və 8 ən yaxşı 3-cü yerin sahibi pley-offa adlayacaq.
İNTİQAM Məmmədov


