Üç boksçumuz DK-nın yatəmfinalında
Çinin Quyyan şəhərində kişi boksçular arasında keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi reytinq xarakterli Dünya Kuboku artiq finişə yaxınlaşıb. Dünən turnirdə 1/4 final mərhələyə yekun vurulub və bununla da yarımfinalçılar müəyyənləşib.
ABF-dən verilən məlumata görə, üç boskçumuz bu mərhələni də uğurla başa vuraraq, yarımfinala yüksəlib. Yeri gəlmişkən , triomuz bu mərhələyə yüksəlməklə ən azından turnirin bürünc medalını özlərinə təmin ediblər.
Bu üçlükdə isə Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) yer alıb.
Yarımfinal döyüşləri iyunun 20-də keçiriləcək.
İNTİQAM Məmmədov


