Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş +FOTO=10

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Anhui Universitetinin vitse-prezidenti Huan Çısyanın (Huang Zhixiang) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan rektor Elçin Babayev Anhui Universiteti ilə əməkdaşlığın tələbə mübadiləsi, birgə təhsil proqramları, elmi tədqiqatlar və ikili diplom layihələrini əhatə edən genişmiqyaslı akademik tərəfdaşlığa çevrildiyini bildirib. Anhui Universiteti BDU-nun Çindəki ən mühüm tərəfdaşlarından birinə çevrilib. Rektor BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriat səviyyəsində “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramına dair üçtərəfli müqavilənin, eləcə də Anhui Universiteti ilə “Optoelektronika”, “Yarımkeçirici cihazlar və texnologiyalar” və “Mikroelektronika və nanoelektronika” ixtisasları üzrə ikili magistr dərəcələrinin verilməsi haqqında müqavilənin imzalanmasının iki universitet arasında elmi və akademik əlaqələrin möhkəmlənməsinə, tələbələr üçün qabaqcıl təhsil və tədqiqat imkanlarının yaradılmasına və müasir çağırışlara cavab verə biləcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verdiyini qeyd edib.  

Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, yeni ikili diplom imkanlarının araşdırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, birgə laboratoriyanın yaradılması və beynəlxalq qrant proqramlarında ortaq iştirak perspektivlərini müzakirə ediblər. Rəqəmsallaşma, innovasiya və təhsil texnologiyaları sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinin, həmçinin fizika sahəsində yeni açılan birgə ikili diplom proqramlarının əhəmiyyəti vurğulanıb.  

Görüşdə elmi əməkdaşlığa xüsusi diqqət yetirilməsi və birgə elmi-tədqiqat laboratoriyasının, bundan əlavə, Çin dilinin tədrisi ilə bağlı doktorantura səviyyəsində birgə ikili diplom proqramının yaradılması məsələləri də müzakirə olunub.

Daha sonra qonaqlarla birlikdə Universitetin Elmi kitabxanası, muzey və laboratoriyalarına baxış keçirilib.

* * *

* * *

RU:

В БГУ прошла встреча с делегацией Аньхойского университета

В Бакинском государственном университете (БГУ) состоялась встреча с делегацией во главе с вице-президентом Аньхойского университета Китайской Народной Республики Хуан Чысйаном (Huang Zhixiang).

Приветствуя гостей, ректор Эльчин Бабаев отметил, что сотрудничество с Аньхойским университетом переросло в масштабное академическое партнерство, охватывающее студенческий обмен, совместные образовательные программы, научные исследования и проекты получения двойных дипломов. Аньхойский университет стал одним из важнейших партнеров БГУ в Китае. Ректор отметил подписание трехстороннего соглашения о совместной программе получения двойных дипломов между БГУ, Центром языкового образования и сотрудничества Министерства образования Китайской Народной Республики и Аньхойским университетом, а также соглашения о присуждении двойных магистерских степеней с Аньхойским университетом. Эльчин Бабаев сказал, что эти документы вносят значительный вклад в укрепление научно-академических связей между двумя вузами, создание передовых образовательных и исследовательских возможностей для студентов и подготовку квалифицированных кадров, способных решать современные задачи.

В ходе встречи стороны обсудили перспективы расширения программ обмена студентами и преподавателями, изучение новых возможностей для получения двойного диплома, реализацию совместных исследовательских проектов, создание совместной лаборатории и совместное участие в международных грантовых программах. Была подчеркнута важность укрепления обмена опытом в области цифровизации, инноваций и образовательных технологий, а также недавных совместных программ двойного диплома в области физики.

На встрече также обсуждались вопросы уделения особого внимания научной интеграции и созданию совместной исследовательской лаборатории, а также совместной программы двойного диплома на докторском уровне по преподаванию китайского языка.

Затем для гостей была организована экскурсия по Научной библиотеке, музеям и лабораториям университета.

Best coffeeshop in Berlin