Boksçumuz Səidcəmşid Cəfərov DK-nın finalına yüksəlib
Çinin Quyyan şəhərində kişi boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli Dünya Kuboku artiq başa çatmaq üzrədir. Bu gün turnirdə yarımfinal döyüşləri keçirilib və bununla da finalçılar müəyyənləşib. Qeyd edək ki, yarımfinal mərhələsində Azərbaycan 3 boksçu ilə təmsil olunub. Bu üçlükdən isə yalnız biri - 75 kq çəki dərəcəsində rinqə çıxan Səidcəmşid Cəfərov bu mərhələni də uğurla başa vuraraq finala yüksəlib. Yeri gəlmişkən, yarımfinalda italiyalı Qabriel Qund Rontaniyə hər üç raundda qalib gələn boksçumuz iyunun 21-də baş tutacaq həlledici finalda bolqarıstanlı Ramin Kiuanla qarşılaşacaq.
Yarımfinalda rinqə çıxan digər iki boksçumuz - Murad Allahverdiyevlə (80 kq) Alfonso Dominqes (90 kq) isə finala çıxışda büdrəyərək üçüncü yeri tutub və bürünc medalla kifayətlənib.
İNTİQAM Məmmədov


