Qadın voleybol millimiz AL-da mübarizəni başa vurub
Qadın voleybolçular arasında keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa liqasının üç turdan ibarət olan seçmə mərhələsi basa çatıb. Təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi qadın millimiz son turun oyunlarını Şimalı Makedoniyanın Strumitsa şəhərində keçirib. İlk oyunda İsraili yığmasını quru hesabla (3:0) məğlub edən qadın millimiz eyni məkanda keçirdiyi ikinci matçda həmin hesabla İsveçrəyə uduzub - 3:0.
Beləliklə, qadın voleybol millimiz AL-nın üç turdan ibarət olan seçmə mərhələsini basa vurub. Faiq Qarayevin yetirmələri üç turda keçirdiyi 6 oyunun yalnız üçündə qalib gələrək 9 xal toplayıb.
Yığmamızın iştirakı ilə keçirilən oyunların nəticələri belə olub:
Azərbaycan - İsveç - 0:3;
Azərbaycan - Estoniya - 3:0;
Azərbaycan - Şimali Makedoniya - 3:0;
Azərbaycan - İspaniya - 1:3;
Azərbaycan - İsrail - 3:0;
Azərbaycan - İsveçrə - 0:3.
Qeyd,: Reqlamentə görə, keçirilən 6 oyundan sonra toplanan xalqlara görə ilk 4 yeri tutan komanda mübarizəni "dördlər finalı"ndan (1/2 final) davam edirəcək. Yarımfinal və final oyunları 27 iyun - 12 iyul aralığında keçiriləcək.
İNTİQAM Məmmədov


