Xəyalə Cavadova:
Gözümün nuru
Özün bilərsən ki, gözümün nuru
Mənə bu dünyada ən doğma kəssən
Nə qədər mən varam , nə qədər sağam
Heç zaman düşünmə həyatda təksən
Yormasın getdiyin bu yollar səni
Ək səbir ağacı, dər arzuları
Özünə inansan, bax o göylərdən
İstəsən yığarsan lap ulduzları
Səni qorxutmasın bir kağız, qələm
Zehnin qarşısında onlar yalandır
Xəbərin olsun ki, həyatın özü
Ən çətin , ən qəliz bir imtahandır
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



