Portuqaliya millisi Özbəkistan komandasını darmadağın edib
Ronaldo ilklərə imza atmaqda davam edir
Futbol üzrə 23-cü dünya çempionatının qrup mərhələsində ikinci turun oyunları keçirilir. İyunun 23-də cempionayın "K" qrupunda maraqlı bir oyun keçirilib. Heyətində Kristiano Ronaldo kimi dünya futbolunun ulduzu, 41 yaşlı canlı əfsanənin forma geyindiyi Portuqaliya millisi ilə mundialın debütantlarından sayılan Özbəkistan yığması qarşılaşıb. ABŞ-nin Hyuston şəhərindəki "NRG Sradium" arenasında baş tutan həmin oyun portogezlərin darmadağın hesablı qələbəsi ilə bitib - 5:0.
Matçda hesabı 6-cı dəqiqədə Kristiano Ronaldo açıb - 1:0. 17-ci dəqiqədə Nnu Qomeş topu cərimə zərbəsi ilə birbaşa Özbəkistan millisinin qapısından kecirib - 2:0
İlk yarının 39-cu dəqiqəsində Ronaldo yenidən səhnəyə çıxıb. O, Burunu Fernandeşin ötürməsini qola cevirərək dubla imza atıb və hesabı 3:0-a çatdırıb. İkinci hissədə özbəkistanlı qolkiper avtoqol edərək hesabı daha da artırıb - 4:0. Matçda son nöqtəni isə 87-ci dəqiqədə Rafael Leau qoyub - 5:0.
Portuqaliyanın qələbəsi ilə bitən həmin oyun 41 yaşında olan və hələ də topu istədiyi kimi ram edən forvard Kristiano Ronaldo üçün əlamətdar olub.Belə ki, Ronalda məhz bu oyunda qol vurmaqla, dünya futbol tarixində qol vuran ən yaşlı futbolçulatın siyahısında Kamerunlu Roje Milandan sonra ikinci yeri tutub. O, həm də qatıldığı 6 dünya çempionatının hamısında qol vuran yeganə futbolçu kimi tarixə düşüb. Ronaldo, eləcə də Portuqaliya millisinin heyətində ən çox qol vuran futbolçu kimi rekord təzələyib. O, özbəklərlə oyunda həm də dünya çempionatlarında 10-cu qoluna imza atıb. Ronaldo bu göstərici ilə Portuqaliya millisində əfsanəvi Eysenionu (9 qol) da geridə qoyub.
Hazırda "K" qrupunda vəziyyət belədir:
1. Portuqaliya 2 1 1 0 6-1 4
2. Kolumbiya 1 1 0 0 3-1 3
3. DR Konqo 1 0 1 0 1-1 1
4. Özbəkistan 2 0 0 2 1 -8
Sabah qrupda daha bir oyunda Kolumbiya ilə Konqo üzləşəcək.
İNTİQAM Məmmədov


