Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səməd Vurğunun 120 illiyinə həsr olunan I Qazax Kitab Sərgisi keçirildi

I Qazax Kitab Sərgisi böyük maraq və yüksək iştirakla yadda qaldı.
Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və BP Azərbaycan şirkətinin dəstəyi ilə, böyük Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş I Qazax Kitab Sərgisi uğurla həyata keçirildi.
Sərginin açılış mərasimində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru və ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sosial fəaliyyət rəhbəri Xalid Rəcəbov, Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal, filoloq və Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva, Qazax Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Ayaz Qələndərli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, İctimai Birliklər və Dini Qurumlarla İş üzrə ekspert Əkbər Qoşalı çıxış edərək kitabın, mütaliənin və maariflənmənin cəmiyyət üçün əhəmiyyətindən bəhs etdilər.
Tədbirdə həmçinin Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və Azərbaycan dili kitablarının müəllifi, Altun Kitab Nəşriyyatının direktoru Rafiq İsmayılov iştirak edərək sərgiyə xüsusi dəyər qatdılar.
Kitab sevgisini böyüdən, oxu mədəniyyətini təşviq edən və bölgələrdə maarifçilik ruhunu gücləndirən bu gözəl tədbirin bir parçası olan hər kəsə təşəkkür edirik.
Kitabla böyüyək! 

Best coffeeshop in Berlin