Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tahir Əmiraslanov:

Çində keçirilən TOP 100 Dünya Aşpazı çempionatı yüksək səviyyədə təşkil olundu

14-20.06.2026 . Çin. Lanqfanq şəhəri.  TOP 100-lə Dünya Aşpazı adı uğrunda Çempionatdan!
Çempionatın təşkilatçısı Azərbaycandan Zamir Hüseyinov !
Münsiflərin Sədri və texniki məsələlər AMKA .
Bütün xərclər : təyyarə və qonaqlama ,ərzaq xərcləri təşkilatçı tərəfindən ödənildi .
Azərbaycan tərəfi özüylə yalnız sacları,sumax və hədiyyələr apardı .
21 ölkə iştirak etdi.
Keçın illə müqayisədə Çempionat daha mütəşəkkil və rahat keçdi.
Çempionatda  çox gərgin mübarizə oldu .  Finala  21 ölkədən 6-sı çıxdı .  Azərbaycan ,Fələsin,  Almaniya , Xorvatiya Moldova , BƏƏ . Bu Çumpionat digərlərindən çox seçilir.  
Burada yalnız aşpazın sənətkarlığı, xörəklərin ləzzəti rol oynamır.  Satış bacarığı , müştərini cəlb etmə daha böyük rol oynayır. 
Aşpazlar reklam bacarığına , şou elementlərinə daha çox önəm verməyə məcburdurlar. Psixoloji məqamlar , aşpazın sifətinin psixi  göstəricisi , daimi gülümsəmə bacarığı , səsi və s elementlər daha vacib  faktora dönür. 
Əslində yarış bir aşpazdan ibarət kiçik bir Restoranın yarışına dönür .Nəticələr Banklar tərəfindən aparılansatış təhlillərinfən ( satış miqdarı, satış surəti, zaman kəsiyi və s )
Son nəticədə  Çempionluğu Fələstin qazandı.2-ci yeri Almaniya , 3-cü yeri isə BƏƏqazandı.
Satış sürətinə görə 100 pay yeməyin satışında Fələstin Almaniyadan 3 dəqiqə öndəydi. BƏƏ isə Almaniyadan 30 dəqiqə geridəydi . Və bu satış sürəti Qələbəni təmin etmişdi.
Fələstinli Qalib Hüsaməddin pul mükafatını alanda səhnədə mükafatın bir hissəsini gözlənilmədən ona təhkim edilmiş çinli könüllü uşaqla bölüşdü. Uşaq əvvəlcə anlamadı özünü itirdi, sonradan sevincinin həddi yoxdu. Bu tədbirin ən gözəl anıydı. 
 Ölkəmizi  yüksək peşəkarlıqla Azərbaycan Milli Kulinariya Assosiyasının üzvü ali təhsilli texnoloq, aşpaz Sevdaya xanım Abbasova təmsil etdi . O ət və göyərti qutablari ( kətələri, afarları)  ilə Ölkəmizi tanıtdı. Göstərdiyi yüksək nəticələrə görə Sevdaya xanımı bir daha təbrik edirəm.
Hər bir iştirakçını, Finalistlərimizi , Qaliblərimizi bir daha ürəkdən təbrik edir, Möhtəşəm təşkilatçılığa görə Zamir müəllim Hüseyinova və Çin tərəfdən yüksək təşkilatçılıq edən Yu Mey xanıma, Biizə bu şəraiti yaradan , bürün xərcləri qarşılayan Çin  Xalq Respublikasına xüsusi təşəkkürlərimi ifadə edirəm.

Best coffeeshop in Berlin