Türkiyə millisi ABŞ komandasını məğlub etsə də...
İyunun 11-də planetin ən yaxşı 48 milli komandasının iştirakı ilə startı verilən futbol üzrə 23-cü dünya çempionatı (DÇ-2026) davam edir. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi və komandaların 12 müxtəlif qrupda mübarizə apardığı bu mundialda artıq bir necə qrupda (A, B, C, D, E, F) baş tutan 3-cü turla qrup oyunlarına yekun vurulub.
25-26 iyun günlərində kecirilən bu oyunlardan birində mundiala ev sahibliyi edən ABŞ millisi yer aldığı "D" qrupunda Türkiyənin ay-ulduzlu komandası ilə qarşılaşıb.
Los-Anceles şəhərindəki "SoFi Stedium" arenada baş tutan oyunda nominal ev sahibi kimi meydana çıxan Türkiyə millisi qalib gəlsə də (3:2) munialla erkən vidalaşıb. Matçın 3-cü dəqiqəsində ABŞ-ın müdafiəçisi Ostan Trasti komanda yoldaşı Sebastian Berxalterin ötürülməsini qola çevirməklə hesabı açıb - 0:1. Bundan 7 dəqiqə sonra Arda Gülər Barış Yılmazdan aldığı topu rəqib qapısından keçirməklə hesabı bərabərləşdirib - 1:1.
Matçın 31-ci dəqiqəsində isə Arda Günləri qol mövqeyinə çıxaran Barış Yılmaz özü səhnəyə çıxıb və hesabı artırıb - 2:1. Fasilədən sonra (49-cu dəqiqə) amerikalı yarımmüdafiəçi Berxalter özü qol vuraraq, pozulmuş statusu bərpa edib -2:2.
Matcda son və qələbə qolunu 90+8 dəqiqədə türkiyəli Kaan Ayxan vurub - 3:2.
Lakin bu qələbə Türkiyə millisinin işinə yaramayıb. Ay-ulduzlu komanda mundialla elə qrup mərhələsindəcə vidalaşıb.
"D" qrupunda 3-cü tur çərçivəsində keçirilən digər oyunda isə Paraqvay millisi Avstraliya ilə sülh bağlayıb - 0:0.
"D" qrupunda yekun turnir cədvəli belə olub:
ABŞ 3 2 0 1 8-4 6
Avstraliya 3 1 1 1 2 -2 4
Paraqvay 3 1 1 1 2-4 4
Türkiyə 3 1 0 2 3-5 3
Digər qruplara gəlincə, "E" qrupunda aşağıdakı nəticələr qeydə alınıb:
Ekvador - Almaniya - 2:1;
Kyurasao - Kot-d 'İvuar - 0:2.
Qrupda yekun turnir cədvəli belədir:
Almaniya 3 2 0 1 10-4 6
Kot-d 'İvuar 3 2 0 1 4-2 6
Ekvador 3 1 1 1 2-2 4
Kyurasao 3 0 1 2 1-9 1
Mundialın "F" qrupunda son tur çərçivəsində keçirilən oyunların nəticəsi belə olub:
Tunis - Hollandiya - 1:3;
Yaponiya - İsveç - 1:1.
Qrupda komandaların yekun turnir cədvəli:
Hollandiya 3 2 1 0 10-4 7
Yaponiya 3 1 2 0 7-3 5
İsveç 3 1 1 1 7-7 4
Tunis 3 0 0 0 2-12 0
Bir gün öncə "A" qrupunda keçirilən oyunlar:
Çexiya - Meksika - 0:3;
CAR - Koreya - 1:0.
"A" qrupunda komandaların yekun cədvəli:
Meksika 3 3 0 0 6-0 9
CAR 3 1 1 1 2-3 4
Koreya 3 1 0 2 2-3 3
Çexiya 3 0 1 2 2-6 1
"B" qrupunda son turun oyunları:
İsveçrə - Kanada - 2:1;
Bosniya-Hersoqovina - Qətər - 3:1
"B" qrupunda yekun turnir cədvəli belədir:
İsveçrə 3 2 1 0 7-3 7
Kanada 3 1 1 1 8-3 4
Bosniya 3 1 1 1 5-6 4
Qətər 3 0 1 2 2-10 1
"C" qrupunda üçüncü turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Şotlandiya - Braziliya - 0:3;
Mərakeş - Haita - 4:2.
"C" qrupunda yekun turnir cədvəli belə olub:
Braziliya 3 2 1 0 7-1 7
Mərakeş 3 2 1 0 6-3 7
Şotlandiya 3 1 0 2 1 -4 3
Haita 3 0 0 3 2-8 0
İNTİQAM Məmmədov


