Hümbət Quliyev:
İnsan ağlının məhdudiyyəti haqqında
(esse)
İnsan oz ağıl məhdudiyyətini az oxuması, az öyrənməsi ilə bağlayır. Və düşünür ki, bütün lazımi kitabları oxuya bilsəydi, çoxlu elmləri öyrənə bilsəydi, nəhayət həyatın mənasını, bu həyatın doğurduğu müəmmaların cavabını tapardı.
Bu illuziyadır. İnsan dünyanın bütün biliklərini belə əxz etdiyi an başa düşəcək ki, onun ağlı məhdudur.
Və bu məhdudiyyət onun beyninə, o anadan olandan qoyulub.
Süni intellekt belə ona bu işdə çox da böyük köməkçi olmayacaq, çünki süni intellektin də dirəndiyi yer var və olacaq.
Nə etməli?
İnsan ilk olaraq ağlının məhdudluğunu qəbul etməli və mövcud bilikləri və qabiliyyətləri ilə həyata uyğunlaşmağı bacarmalıdır.
İnsan özünün ictimai varlıq olduğunu dərk etməli və birgə yaşayışa öz tövhəsini verə bilməlidir.
Hər insan da ümumi insanlıq xəzinəsinə qoya biləcəyi dəyərlərlə ölçülür.
Hümbət Həsənoğlu


