Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Etibar Əliyev:

Oqtay Mirqasımovla görüş – böyük şəxsiyyətlər və qorunmayan irsimiz haqqında söhbət

Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, "Şərəf" ordenli, "İstiqlal" ordenli Oqtay Mirəsədulla oğlu Mirqasımovla görüşdüm.
Atası, Azərbaycan cərrahı, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti, Azərbaycanın ilk tibb elmləri doktoru, professor Mirəsədulla Mirqasımovla bağlı maraqlı söhbətimiz oldu. 
Nəhəng şəxsiyyətlər haqqında cildlərlə kitablar yazılır. Onların uşaqlıq yaşlarından ömürlərinin sonuna kimi həyatlarının hər bir anı maraqlıdır, örnəkdir. Nəhəng şəxsiyyətlər barədə şagirdlərə və tələbələrə dolğun məlumatlar verilməlidir. Bu amil onlar üçün həyat dərsi ola bilər. 
Mirəsədulla Mirqasımovun böyük kitabxanası olub. Oqtay müəllim həmin kitabxanadan sənətə addımlayıb. Anası böyük alimin şəxsi əşyalarını Tarix muzeyinə bağışlayıb. Bir müddət sonra həmin dəyərli əşyalar oğurlanıb. Faciəmiz budur. Tarix muzeyindən, İncəsənət muzeyindən qiymətli rəsm əsərlərini, əlyazmaları, antik əşyaları kütləvi şəkildə oğurladılar. Heyif... Bunun adı barbarlıqdır.
Dəyərli Oqtay müəllimlə söhbətimizdən məmnun qaldım...

Best coffeeshop in Berlin