Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Etibar Əliyev:

Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov – eyni amalın iki silahdaşı

24 iyun iki yaxın dost və silahdaş,  Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci Prezidenti Əbülfəz Elçibəylə görkəmli jurnalist, müasir Azərbaycan mətbuatının banilərindən biri  Nəcəf Nəcəfovun doğum günüdür. 
Düşünürəm ki, Nəcəf Nəcəfovun sürdüyü qısa ömür yolu (44 yaşında vəfat edib) Əbülfəz bəylə sıx təmasda olub. 
Nəcəf Nəcəfov 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986–1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayanda bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib.
1989-cu ildə "Azadlıq" qəzetini təsis edib.
 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Həmin faciənin zərbələrini ilk dadanlardan biri də N. Nəcəfov idi. Barbarların dəyənəyindən ağır zədə alan N. Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalmışdır.
Sonralar ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik dövlətin yaradılması uğrunda fəal mübarizəsini davam etdirib. 
1990-cı ilin yazında N. Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentlyini təsis edib.
1990–1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992–1993-cü illərdə N. Nəcəfov Pezident Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib.
Mərhum Əbülfəz Elçibəyin ən yaxın dostlarından biri olub...
1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.
Allah hər iki dəyərli şəxsiyyətə Rəhmət eləsin.

Best coffeeshop in Berlin