Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ayaz Mirzəyev:

Qan vermək insan həyatına verilən dəyərin ən nəcib ifadəsidir

Bəzən bir insanın ayırdığı bir neçə dəqiqə başqa bir insan üçün ümidə, sağlamlığa və həyata çevrilə bilir. Qan vermək sadəcə tibbi yardım deyil, həm də insan həyatına verilən dəyərin ən nəcib ifadələrindən biridir.
Məhz bu səbəbdən artıq ikinci ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən ənənəvi qanvermə aksiyasında iştirak edirəm. Bu aksiya çərçivəsində toplanan hər damla qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən, ona həyati ehtiyac duyan insanların müalicəsinə dəstək olacaq.
Hesab edirəm kii, bu cür təşəbbüslər Aşura gününün mahiyyətinin daha düzgün anlaşılmasına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma və insanpərvərlik dəyərləri əsasında təşviq olunmasına mühüm töhfə verir.

Best coffeeshop in Berlin