Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əfqan Qafarlı:

Köhnə “Sovetski” parkından - FOTOREPORTAJ

Bu gün səhər vacib bir işlə əlaqədar evdən çox erkən çıxdım. Saat 6-da artıq sərbəst idim və evə qayıtmayıb iş yerindən bir qədər uzaqdakı parkda yürüş etdim. Köhnə “Sovetski” məhəlləsində salınmış bu parkda gəzmək insana bir rahatlıq, hüzur verir. 
Bakı kimi böyük tikinti bumu yaşamış paytaxtda parklar istirahət məkanı olmaqla yanaşı, həm də şəhərin nəfəsidir. Yaşıllıqlar havanı təmizləyir, istini azaldır, oksigeni artırır, insanlara həm fiziki, həm də mənəvi rahatlıq bəxş edir. Bəzən ağacların, gül-çiçəyin arasında bir neçə dəqiqəlik gəzmək günlərlə yığılan yorğunluğu və stresi azaltmağa kömək edir.
Gül-çiçək, ağac və parklar şəhərin bəzəyi olmaqla yanaşı, insanların sağlamlığına və həyat keyfiyyətinə də xidmət edir. Ona görə də yaşıllıqları qorumaq, artırmaq çox vacibdir. 
Təəssüf ki, son illər Bakının müxtəlif yerlərində yaşllıqlara qənim kəsildiyi halları çox gördük.
Parkda yürüş edərkən istədim fotoqraflıq edəm - dedim elə burdan şəkillər də çəkib paylaşım ki, sizin də gözünüz gözəllik görüb dincəlsin.

 

 

Best coffeeshop in Berlin