Zemfira Məhərrəmli:
Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” monoqrafiyası təqdim olundu
Sumqayıtdakı Poeziya Evində yaddaqalan bir görüşün iştirakçısı olduq.Tanınmış ədəbiyyatşünas alim,filologiya elmləri doktoru, şair-tərcüməçi,publisist Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” adlı monoqrafiyası oxuculara, söz adamlarına təqdim olundu.
Təqdimat mərasiminə Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, müəllifin qələm dostları və sumqayıtlı kitabsevərlər qatılmışdı.
Çıxış edənlər tarixi romanlar müəllifi Cəlal Bərgüşadın ədəbi irsi və monoqrafiyanın məziyyətləri barədə ətraflı danışmışlar.Yazıçının həyat yoldaşı Sayad xanım əməyi keçən hər kəsə-Lütviyyə Əsgərzadəyə,həmçinin Poeziya Evinin direktoru, AYB -nin Poeziya bölməsinin rəhbəri, şair, tərcüməçi İbrahim İlyaslıya dərin təşəkkürünü bildirmişdir.
Tanınmış telejurnalist,şair-publisist Bəhruz Niftəliyevin məharətli aparıcılığı tədbiri daha da rövnəqləndirdi.


