Bombardirlərin "Qızıl butsu" yürüşündə mübarizə gərginləşir
Planetin 48 ən yaxşı yığma komandasının iştirakı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatıda (DÇ-2026) bombardirlərin siyahısı getdikcə genişlənir və burada mübarizə daha da gərginləşir. Qeyd edək ki, hazırkı çempionatla müqayisədə əvvəlki mundiallarda bombardirlik mübarizəsi belə sürətli və gərgin olmamışdı. DÇ-2022-də finala qədər gedən Argentinalı Lionel Messi 8, Kilian Mbappe (Fransa) isə 7 qolla yadda qalmışdı. DÇ-2014-də Xomes Rodriqes 6, Tomas Müllersə 5 qol vurmuşdu. Rusiyanın ev sahibliyi etdiyi mundialda Harri Keyn 6 qol vura bilmişdir. DÇ-2002-də Ronaldo 8, Rivaldo və Miroslav Kloze isə hərəyə 5 qolla yadda qalmışdı.
Hazırda üç ölkədə keçirilən DÇ-2026-da isə qrup mərhələsi hələ tam başa çatmamış 3 və daha artıq qol vuran bombardirlərin siyahısı 10 nəfəri keçib. Burada yalnız ulduzlar deyil, yeni üzə çıxan futbolçular da yer alıb.
Qeyd edək ki, Lionel Messi iki oyundan sonra 5 qolla siyahıya liderlik edir. Kilian Mbappe, Usman Dembele (hər ikisi Fransa), norveçli Erlinq Hallan və braziliyalı Vinisius Junior hərəyə 4 qol vurub.
Deniz Undav (Almaniya), Conatan Devid (Kanada), Joan Manzambi (İsveçrə), İsmaila Sarr (Seneqal), Brayan Brobbi (Hollandiya), Mateus Kunya (Braziliya) və İsmael Saybari (Mərakeş) isə hərəyə 3 qolla siyahıda yer alıb.
Düzdü, bu siyahıda hələki, ikinci oyunda dubl edən Kriştiano Ronaldonun (Portuqaliya) adı yer almayıb. Amma,.....
Yeri gəlmişkən, Messinin və Ronaldonun qrup mərhələsində hərəyə bir oyunu qalıb.
İNTİQAM Məmmədov


