Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Çin Qran-Prisində bir çəkidə 2 medal qazanıblar 

Çinin Sindao şəhərində kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli Qran-Prinin ikinci günü də yığmamız üçün uğurlu olub.

ACF-dən verilən məlumata görə turnirin ikinci günü 4 çəki dərəcəsində daha 5 təmsilçimiz tatamiyə çıxıb ki, onlardan da ikisi yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan biri qızıl, digəri isə bürünc əyarlı olub. Maraqlıdır ki, hər iki medal 81 kq çəkidə qazanılıb. Bu çəkidə qızıl medalı Zelim Tçkayev, bürünc medalı isə yeni çəkidə çıxış edən Olimpiya çempionumuz Hidayət Heydərov əldə edib.

Tçkayev həlledici finalda Avstriya cüdoçusu Bernard Faşinqi, Heydərovsa bürünc uğrunda kiçik finalda rusiyalı Eqor Suxaparovu məğlub edib. 

Xatırladaq ki, turnirin ilk günü cüdoçumuz Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb. 

Beləliklə, iki gündə 3 (1-0-2) medal qazanan Azərbaycan millisi medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin