Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səfir Abhay Kumarın rəhbərliyi ilə jurnalistlər və bloqerlər üçün xüsusi yoqa sessiyası keçirilib

Hindistanın Bakıdakı Səfirliyi 27 iyun 2026-cı il tarixində Hindistan Evində Beynəlxalq Yoqa Günü (IDY) 2026 tədbirlərinin uğurla başa çatmasını qeyd etmək məqsədilə xüsusi “Power Yoga” sessiyası təşkil edib. Tədbirdə Azərbaycanın aparıcı media nümayəndələri və tanınmış sosial media influenserləri iştirak ediblər. Bu görüş media və rəqəmsal platforma nümayəndələrinin Hindistan və Azərbaycan arasında mədəni anlaşmanın təşviqində və dostluq əlaqələrinin möhkəmləndirilməsində oynadığı mühüm rolu bir daha vurğulayıb.

AZpress.AZ xəbər verir ki, tədbirin əsas hissəsini Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Abhay Kumarın rəhbərliyi ilə keçirilən dinamik yoqa sessiyası təşkil edib. Ümumi Yoqa Protokolu əsasında hazırlanan proqram çərçivəsində müxtəlif yoqa asanaları, nəfəs məşqləri (pranayama) və meditasiya icra olunub. Məşğələ iştirakçılara yoqanın fiziki, zehni və emosional faydalarını bütöv şəkildə yaşamaq imkanı yaradıb.

İştirakçıları salamlayan səfir Abhay Kumar Səfirliyin tədbir və təşəbbüslərinin işıqlandırılmasına göstərdikləri davamlı dəstəyə görə media nümayəndələrinə və sosial media influenserlərinə səmimi təşəkkürünü bildirib. O qeyd edib ki, onların fəaliyyəti Hindistanın zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına, eləcə də Hindistan və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə mühüm töhfə verir.

Səfir yoqanı Hindistanın dünyaya bəxş etdiyi ən dəyərli irslərdən biri kimi xarakterizə edərək vurğulayıb ki, yoqa təkcə fiziki sağlamlığı deyil, həm də psixoloji rifahı, emosional dayanıqlılığı və daxili harmoniyanı inkişaf etdirir. Yoqa ilə media arasında maraqlı paralellər aparan Abhay Kumar bildirib ki, yoqa bədəni, zehni və ruhu birləşdirdiyi kimi, media da ideya və informasiya mübadiləsi vasitəsilə insanları, cəmiyyətləri və xalqları bir araya gətirir. Onun sözlərinə görə, həm yoqa, həm də məsuliyyətli jurnalistika cəmiyyətlər arasında körpülər qurmaq, dialoqu təşviq etmək, qarşılıqlı hörməti gücləndirmək, sülh və anlaşmanı inkişaf etdirmək gücünə malikdir.

Səfir həmçinin bildirib ki, bu il Beynəlxalq Yoqa Gününə dünyanın müxtəlif ölkələrində rekord sayda insanın qoşulması yoqanın qlobal miqyasda artan nüfuzunu və universallığını bir daha nümayiş etdirib. O, Azərbaycanın da Səfirliyin yoqa təşəbbüslərinə böyük maraq göstərməsindən məmnunluğunu ifadə edərək, bunun iki ölkə arasında mədəni əlaqələrin və dostluğun daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Media nümayəndələri və sosial media influenserləri belə bir xüsusi tədbiri təşkil etdiyinə və onlara yoqanı interaktiv və mənalı formatda təcrübədən keçirmək imkanı yaratdığına görə Hindistan Səfirliyinə təşəkkürlərini bildiriblər. Onlar yoqanın Azərbaycanda getdikcə daha çox populyarlıq qazandığını qeyd edərək, bu praktikanın yaşından, peşəsindən və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün əlçatan və faydalı olduğunu vurğulayıblar. İştirakçılar həmçinin yoqanı fiziki sağlamlığın qorunması, psixoloji rifahın artırılması və sağlam həyat tərzinin təşviqi baxımından təsirli vasitə kimi yüksək qiymətləndiriblər.

* * *

* * *

ENG:

Embassy of India in Baku Conducts a Special Power Yoga Session for the journalists and social media influencers led by Ambassador Abhay Kumar

The Embassy of India in Baku organized a special Power Yoga Session at India House on 27 June 2026 to mark the successful conclusion of its International Day of Yoga (IDY) 2026 celebrations. The event brought together a distinguished gathering of media representatives and prominent social media influencers from Azerbaijan, reaffirming the important role they play in promoting cultural understanding and strengthening the bonds of friendship between India and Azerbaijan.

The highlight of the event was an energizing Yoga session led by H.E. Mr. Abhay Kumar, Ambassador of India to Azerbaijan. Based on the Common Yoga Protocol, the session featured a balanced sequence of yoga asanas, breathing exercises (pranayama), and meditation, providing participants with a holistic experience of Yoga's physical, mental, and emotional benefits.

Welcoming the participants, Ambassador Abhay Kumar expressed his sincere appreciation to the media fraternity and social media influencers for their continued support and extensive coverage of the Embassy's events and initiatives. He noted that their efforts help bring India's cultural heritage to a wider audience and contribute significantly to enhancing mutual understanding between the peoples of India and Azerbaijan.

Describing Yoga as one of India's most enduring gifts to the world, the Ambassador emphasized that it extends far beyond physical fitness by promoting mental well-being, emotional resilience, and inner harmony. Drawing a parallel between Yoga and the media, Ambassador Abhay Kumar remarked that, just as Yoga connects the body, mind, and spirit, the media connects people, communities, and nations through the exchange of ideas and information. He underlined that both Yoga and responsible journalism have the power to build bridges, foster dialogue, encourage mutual respect, and promote peace and understanding across societies.

The Ambassador also noted that the unprecedented global participation in this year's International Day of Yoga reflected Yoga's growing relevance and universal appeal. He expressed satisfaction at the enthusiastic response to the Embassy's Yoga initiatives in Azerbaijan, which have further strengthened the cultural ties and friendship between the two countries.

The media representatives and social media influencers expressed their gratitude to the Embassy of India for organizing the special event and providing an opportunity to experience Yoga in a meaningful and interactive setting. They acknowledged the steadily growing popularity of Yoga in Azerbaijan and highlighted its accessibility and relevance to people of all ages, backgrounds, and faiths. Participants also appreciated Yoga as an effective means of promoting physical health, mental well-being, and a balanced lifestyle.

Best coffeeshop in Berlin