Aydın Quliyev:
Milli dəyərləri rəmzləşdirən orden və medallar əcnəbi dövlət xadimlərinə veriləndə sonu belə urvatsız olur
Milli dəyərləri rəmzləşdirən orden- medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...
Polşanın prezidenti Navrotski Ukrayna lideri Zelenskini " sən bizim milli şərəf ordenimizə layiq deyilsən " deyərək " Ağ qartal " ordenindən məhrum etdi ,buna cavab olaraq Ukraynanın müstəqillik dövrünün bütün prezidentləri ( tək 2008 - 2013- cü illərdə hakimiyyətdə olmuş Yanukoviçdən başqa)- Leonid Kuçma, Yuşşenko və Poroşenko vaxtilə təltif olunduqları Polşanın " milli şərəf " hesab etdiyi həmin " Ağ qartal" ordenindən imtina etdilər....
Məsələnin siyasi, geosiyasi izahlarını bir kənara qoyaq.Polşanın " milli şərəf" hesab etdiyi orden axı niyə başqa ölkənin başçılarına hədiyyə edilməlidir ki, dostluq pozulan anda onu " üzü qara" gəlin kimi qayrarıb üstünə atsınlar?! Ümumiyyətlə , bir ölkənin milli- mənəvi dəyəri olaraq hansısa şəxsiyyəti, hansısa hadisəni rəmzləşdirən orden - medalla əcnəbiləri təltif etmək nə deməkdir?!..Başqa ölkələrin başçılarını mükafatlandırmaq üçün başqa üsullar düşünmək olmaz ?! ....
Bu yanlış praktikanın xeyirdən çox ziyanı olduğunu anlamaq üçün daha nə lazımdır?!....


