Masallıda Polis Günü qeyd olundu
Masallıda 2 iyul – Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və veteranlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Polisinin ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayaraq şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən fəxri fərmanlar təqdim olunub.
Təltif olunan əməkdaşlar göstərilən etimada görə minnətdarlıqlarını bildirərək Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərini qeyd ediblər.
Akif AĞAYEV


