Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə polislərin peşə bayramı qeyd olundu +FOTO=59

Azərbaycan polisi – dövlətimizin təminatçısı! Azərbaycan polisi – asayişimizin qarantı! 108 ildir şərəfli bir yol keçərək bugünümüzə mətin addımlarla gəlib çatan dincliyimizn, rifahımızın təməlçiləri...

AZpress.AZ-ın  bölgə müxbiri xəbər verir ki, iyulun 2-də “2 İyul – Azərbaycan Polisinin yaranmasının 108-ci ili və peşə bayramı" münasibətilə Ağcabədidə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Xətai Zeynalov, Ağcabədi Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov, YAP Ağcabədi rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissənin komandirləri, polis şöbəsinin şəxsi heyəti və vaxtilə polis sıralarında xidmət etmiş polis əməkdaşları iştirak ediblər. 

Öncə polis şöbəsinin rəisi Knayz Həsənov şəxsi heyəti salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri general polkovnik Vilayət Eyvazovun təbrik məktubu şəxsi heyətin diqqətinə çatdırılıb. Polis əməkdaşlarının ifasında Azərbaycan Respublikasının Dövlət Himi oxunub. Tədbirdə Ulu öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Çıxış edən rayon icra hakimiyyəti başçısının I mavin Xətai Zeynalov, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev, Ağcabədi Rayon məhkəməsinin hakimi Etibar Quliyev  səmimi ürək sözlərini və təbriklərini polis şöbəsinin kollektivinə çatdırıb, onlara məsuliyyətli, çətin peşələrində uğurlar diləyərəyək xoş arzularını dilə gətiriblər.

Əlamətdar gün münasibətilə öz peşə fəaliyyətlərində səmərəli xidmətlərinə görə bir qrup polis əməkdaşı, habelə vaxtilə polis sıralarında xidmət etmiş polis veteranları Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının, eləcə də Ağcabədi Rayon Polis şöbəsinin Fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar. 

Bundan sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi üzərinə çiçəklər düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. 
Sonda xatirə şəkilləri çəkilib.

Təbriklərə qoşulur, Günün mübarək olsun, Azərbaycan polisi – deyirik!

Best coffeeshop in Berlin