DQS-nın Bakı mərhələsi olacaq
18-19 İyul günlərində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 14-cü olan növbəti mərhələ yarışı keçiriləcək. Bu il dünyanın idman paytaxtı seçilən Bakının ev sahibliyi edəcəyi yarış "Fəvvarələr meydanı"nda baş tutacaq. İki gün davam edəcək bu turnirdə Azərbaycanı təmsil edən "Neftçi SOKAR" klubu və milli ilə yanaşı, Çin, Avstriya, İspaniya, Latviya, Litva, Çexiya, Benim, Braziliya, Slovakiya, Sinqapur millisi, eləcə də "Rapid Bucharedt" (Rumıniya), "Ulasnbaatar Amazona" (Monqolustan), "Praque" (Çexiya) və "Kompala" (Uqanda) klubu mübarizə aparacaq.
İNTİQAM Məmmədov


