Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın yeni səfiri etimadnaməsini Özbəkistan Prezidentinə təqdim etdi

Azərbaycanın Özbəkistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsini Prezident Şavkat Mirziyoyevə təqdim edib.

AZpress.AZ-ın məlumatına görə, diplomat bu barədə X sosial media səhifəsində yazıb.

Məmmədovun sözlərinə görə, etimadnaməsini təqdim etdikdən sonra o, rəsmi olaraq Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinin icrasına başlayıb.

Görüşdə tərəflər Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafını məmnuniyyətlə qeyd etdilər. Həmçinin, iki dövlət başçısının müəyyən etdiyi strateji istiqamətə uyğun olaraq iqtisadiyyat, investisiya, nəqliyyat, logistika və digər prioritet sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladılar.

Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin daha da gücləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqlədilər.

Best coffeeshop in Berlin