Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-18 oğlanlardan ibarət millimiz AÇ-da Çexiyaya uduzub 

Xorvatiyanın Riyeka və Opatiya şəhərində 18 yaşlı (U-18) oğlanlar arasında basketbol üzrə keçirilən Avropa çempionatının (FİBA U-18 Eurobasket) B dvizionunda qrup oyunları başa çatıb. Turnirin B qrupunda Portuqaliya (52:50), Ukrayna (77:68), Polşa (60:70), İslandiya (59:75) və Çexiya yığması ilə mübarizə aparan Azərbaycan millisi dünən qrup oyunları çərçivəsində son matçını Çexiyaya qarşı keçirib. Qarşılaşma çexlərin qələbəsi ilə bitib - 46:74.

Bununla da qrupda keçirdiyi 5 oyundan ikisini udub, üçünü isə uduzan Azərbaycan millisi qrupda 4-cü yeri tutub. Bu göstərici ilə millimiz bundan sonra  22 komandanın iştirak etdiyi Avropa çempionatında 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin