Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avropada futbol həyəcanı davam edir 

"Qarabağ" Bolqarıstanda yerli OMİK-in qonağıdır 

Həftənin ikinci günü UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsinin cavab oyunları ilə Avropada start götürən futbol həyəcanı davam edir. Bu həyəcan azərbaycanlı futbol azarkeşlərindən heç də yan keçməyib. Qeyd edək ki, Çempionlar Liqasında uğurlu debüt edən "Sabah" klubunun (4 oyun 4 qəlbə) ardından daha üç klubumuz bu gün Avrokubok yarışları çərçivəsində meydana çıxacaq. Triomuzdan "Qarabağ"  Avropa Liqasının, "Zirə" ilə "Neftçi" isə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçına çıxacaq.

"Qarabağ" saat 22:00-da Bolqarıstanın paytaxtı Sofiyadakıı "Vasili Levski" adına stadionda yerli OMİK-lə qarşılaşacaq. Matçın taleyi belçikslı referi Bram van Driske tapşırılıb. ilk oyunda hesab açılmayıb - 0:0.

Bu cütün qalibi üçüncü mərhələdə ""Dinamo Kiyev" (Ukrayna) - "PAOK"-un qalibi ilə qarşılaşacaq.

 

 "Zirə" klubu saat 20:00-da Sumqayıtdakı "COKAR Polimer Arena"da "Payds" (Estoniya) klubunu qəbul edəcək. Matçı xorvatiyalı Patrik Kalariya idarə edəcək. İlk oyun estonların minimal hesablı qlbəsi ilə bitib - 0:1.

Bu cütün qalibi üçüncü mərhələdə "Santa-Kolonaya" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üzləşəcək.

 

Bir həftə öncə Bakıda ilk oyunda Minsk "Dinamo"suna 2:4 hesabla məğlub olan "Neftçi" isə cavab matçına saat 21:00-da Bolqarıstanın Samara-Zaqora şəhərindəki "Beroe" stadionunda çıxacaq. Matçı Şimali İrlandiyadan olan referi Tim Marşall idarə edəcək. "Dinamo" UEFA tərəfindən qadağaya məruz qaldığından ev oyunlarını Bolqarıstanda keçirmək məcburiyyətində qalıb. 

Cütün qalibi 3-cü mərhələdə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) matçının qalibi ilə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin