Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda güləşçilərin Dünya Birinciliyi davam edir

Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən Dünya Birinciliyi (DB) davam edir. Birinciliyin bu günə təsadüf edən 5-ci günü sərbəst güləşçilər mübarizəyə qatılıblar. AGF-dən verilən məlumata görə ilk olaraq beş təmsilçimiz - Hüseyn Rzazadə (48 kq), Abbas Şəfiyev (55 kq), Rəşid Nəzərov (65 kq), Vahid Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) döşək üzərinə çıxacaq. 

Bunlarla yanaşı, dünən çıxış edən qızlarımızdan ikisi - Gülxanım Şirinova (40 kq) və Fatimə Bayramova (53 kq) bu gün bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.

Xatırladaq ki, birinciliyin geridə qalan 4 günündə yunan-Romaçılarımız 6 (0-3-3) medal qazanıblar. 

Yarışlara avqustun 2-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin