Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi SOKAR" DQS-nın Tokio mərhələsi ilə vidalaşıb

Yaponiyanın paytaxtı Tokioda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 17-ci mərhələsi davam edir. Turnirdə ölkəmizi təmsil edən "Neftçi SOKAR" klubu mübarizəni 1/4 finalda dayandırıb. Xatırladaq ki, dünən qrup mərhələsində əvvəlcə ABŞ (18:13), ardından Hollandiya U-25 komandasını (20:18) məğlub edərək qrup lideri kimi 1/4 finala yüksələn təmsilçimiz burada "Beijinq" klubu ilə bacarmayıb (17:20) və bununla da turnirlə vidalaşıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin