Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah" səfərdə "Orxus"un qonağıdır 

Bu gün Avropada yenidən futbol həyəcanına start veriləcək. Söhbət UEFA Çempionlar liqasında üçüncü mərhələnin ilk oyunlarından gedir. Ölkəmizi bu möhtəşəm turnirdə təmsil edən çempionumuz "Sabah" klubu bu gün Danimarkanın Rannes şəhərindəki eyniadlı stadionda yerli "Orxus" klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq oyunun taleyi sloveniyalı referi Rade Obrenoviçə həvalə edilib. 

Cavab oyunu isə avqustun 11-də Masazırda baş tutacaq.

Xatırladaq ki, bu turnirdə debüt edən "Sabah" geridə qalan və uğurla başa vurduğu hər iki mərhələdə keçirdiyi oyunlarda (4 oyun) qəlbə qazanıb və tarix yazıb.

Ümid edirik ki, baş məşqçisi Valdas Dabrauskas olan çempionumuz bu səfərdən də qələbə ilə dönəcək.

Uğurlar, çempionumuza!

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin