Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah"  ÇL-da üçüncü mərhələyə məğlubiyyətlə başlayıb 

Avqustun 3-də futbol üzrə UEFA Çempionlar Liqası turnirində üçüncü mərhələyə ilk oyunlarla start verilib. Ölkəmizi bu turnirdə təmsil edən "Sabah" futbol klubu həmin gün Danimarkanın Rannes şəhərində yerli "Orxus" klubunun qonağı olub. Qeyd edək ki, şəhərin eyniadlı stadionunda baş tutan və taleyi sloveniyalı hakim Rade Obrenoviçə həvalə edilən görüş ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1 (1:0).

Bununla da, Çempionlar liqasında debüt edən və ilk iki mərhələdə keçirdiyi bütün oyunları qələbə ilə bitirən "Sabah" üçüncü mərhələyə məğlubiyyətlə başlayıb. Oyunda vurulan qollara gəlincə, matçın 32-ci dəqiqəsində Ceyms Boqere hesabı açaraq komandasını İrəli çıxarıb - 1:0. Fasilədən sonra Boqere yenidən səhnəyə çıxaraq dubl edib - 2:0.

Bu qoldan 4 dəqiqə sonra "Sabah" Velko Smiçin vurduğu qolla hesab arasındakı fərqi azaldıb - 2:1.

Təəssüflər olsun ki, qarşılaşmanın 90-cı dəqiqəsində Stiv Salvenin vurduğu bərabərlik qolunu VAR ləğv edib.

Cavab oyunu avqustun 11-də Masazırda olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin