Türkiyə nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib +FOTO=10
Avqustun 3-dən 6-dək Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.
AZpress.AZ xəbər verir ki, proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Xeyransa İsmayılova
Tədbir barədə daha ətraflı:
https://azpress.az/home/show-news/13488/az,
https://azpress.az/home/show-news/13489/az


