Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəşad Aslanov etimadnaməsinin surətlərini Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsinə təqdim etdi

Yeni təyin olunmuş Azərbaycan səfiri Rəşad Aslanov etimadnamələrinin surətlərini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.

Diplomat bu barədə X sosial media hesabında məlumat paylaşıb.

Yazıda deyilir: "Bu gün etimadnamələrimin surətlərini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini Mustafa Cem Gündüzə təqdim etməkdən çox məmnunam".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul tarixli sərəncamı ilə Rəşad Aslanov İtaliyadakı səfir vəzifəsindən geri çağırılıb və Türkiyəyə səfir təyin edilib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111