Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

 

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinin iştirakçıları Masallı rayonunda səfərdə olublar.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar Musaküçə kəndində həsirçilik sahəsi ilə tanış olublar. Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında dulusçuluq fəaliyyəti və istehsal prosesi ilə bağlı görülən işlərə baxış keçirilib.
Heydər Əliyev Mərkəzində uşaqlar üçün peşəkar uşaq psixoloqu Leyla xanım tərəfindən interaktiv təlim təşkil olunub.
Səfər çərçivəsində düşərgə iştirakçıları Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla da görüşüblər. Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi və Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkındakı abidə ziyarət edilərək önünə gül dəstələri qoyulub.
Araz Əhmədov düşərgə iştirakçıları ilə söhbətində şəhid və qəhrəmanların keçdiyi şərəfli yoldan, Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqdan danışıb. O, şəhid və qəhrəmanlarımızın həyat və mübarizə yolunun gənc nəsil üçün mühüm örnək olduğunu vurğulayıb.
Görüşdə 35 şəhid övladı və 27 qazi övladı olmaqla, ümumilikdə 62 nəfər iştirak edib.
Masallıda keçirilən tədbirlər iştirakçıların Vətənə bağlılığının, milli-mənəvi dəyərlərə hörmətinin və şəhid və qəhrəmanlarımızın irsinə sədaqət hissinin gücləndirilməsinə xidmət edib. 

 

Akif AĞAYEV


 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111