Ağır çəkili cüdoçumuz Camal Qamzatxanov Macarıstanda bürünc medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında keçirilən və Olimpiada -2028-ə (Los-Anceles, ABŞ) lisenziya xalları verən "Böyük Dəbilqə" turnirində fərdi yarışlara sentyabrın 13-də yekun vurulub. Turnirin son günündə daha bir cüdoçumuz inamla güləşərək mükafatçılar sırasında yer alıb. Söhbət bürünc medal uğrunda görüşdə ukraynalı Yakiv Xammoya ippinla qalib gələn Camal Qamzatxanovdan (+100 kq) gedir. Bununla da Azərbaycan yığmasının aktivinə bürünc əyarlı daha bir medal yazılıb.
Xatırladaq ki, turnirin ikinci günü cüdoçularımızdan Rəşid Məmmədəliyev (73 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) isə bürünc medal qazanıb.
Beləliklə, sözündən turnirə 15 (11 kişi +4 qadın) cüdoçu ilə qatılan Azərbaycan yığması çıxışını biri qızıl, ikisi bürünc əyarlı olmaqla, üç medalla başa vurub.
Reqlamentə uyğun olaraq, Məmmədəliyev aktivinə 1000, Qələndərzadə ilə Qamzatxanov isə 500 reytinq xalı yazdırıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



