Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

3x3 basketbolu üzrə qadın millimiz AK-da üçüncü olub

Antverpendə (Belçika) 3x3 basketbolu üzrə qadınlar arasında Avropa Kuboku turniri keçirilib. Turnirdə iştirak edən Azərbaycan yığması uğrurla çıxış edərək, ötən il olduğu kimi, bu il də mükafatçılar sırasında yer alıb. Xatırladaq ki, ötən analoji yarışda yalnız həlledici finalda uduzaraq ikinci yeri tutmaqla gümüş medal qazanan millimiz bu il isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. 

Yeri gəlmişkən, qrup mərhələsində ilk qrup oyununda Hollandiya millisinə 12:22 hesabla uduzandan sonra ikinci matçdan Ukraynanı 20:7 hesabla məğlub edən millimiz qrup ikincisi olmaqla 1/4 finala yüksəlib. Burada isə Fransa komandasını 20:15 hesabla məğlub edərək yarımfinala vəsiqə qazanıb. Di gəl ki, millimiz finala çıxışda İspaniya yığması ilə bacarmayıb - 15:22. 

Üçüncü yer uğrunda görüşdə isə millimiz Sloveniya komandasından güclü olub - 21:18. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111