Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AXA sədri Ağcabədidə vətəndaşlarla görüş keçirib +FOTO=16

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev sentyabrın 22-də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən torpaq sahəsinin sənədləşdirilməsi, subsidiyanın ödənilməsi, suvarma suyuna olan tələbat, aqrar sığorta, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin ətraflı araşdırılması, aidiyyəti üzrə yönləndirilməsi və Agentliyin səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində imzalanmış müvafiq sərəncam və qərarların aqrar sahənin davamlı inkişafına, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsinə və rifah halının yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111