Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ümumdünya Şahmat Olimpiadası davam edir 

Kişi komandamız Yunanıstanı udub, qadınlarımız isə ermənilərlə bacarmayıblar 

Səmərqənddə (Özbəkistan) kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan komandslarının da ( kişi və qadın) iştirak etdiyi 46- cı Ümumdünya Şahmat Olimpiadası (ÜŞO) davam edir. Dünən turnirdə sayca yeddinci turun oyunları keçirilib. Həmin turda kişi komandamız Yunanıstanla, qadın millimiz isə ermənilərlə qarşılaşıblar. Kişi komandamız rəqib üzərində 3,5:0,5 hesabla qalib gələrək aktivindəki xalların sayını 12-yə çatdırmaqla 12-ci pillədən 5-ci yerə qalxıb. Komandamızın heyətində yalnız Şəhriyar Məmmədyarov rəqiblə xal bölüb, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Rauf Məmmədov isə turu qələbə ilə bitirib. 

8- ci turda kişi komandamız Hindistanla üzləşəcək. Dünya reytinqində 2- ci olan Hindistan millisi hazırda 13 xalla 2- ci yerdədir. Azərbaycan millisi isə dünya reytinqində 7-ci olduğu üçün bu qarşılaşmanın reytinq favoriti Hindistan hesab olunur.

Ermənilərlə oyunda uduzan qadın millimizin heyətində Ülviyyə Fətəliyeva və Xanım Balacayeva rəqibinə uduzub, Gövhər Beydullayeva rəqiblə xal bölüb. Yalnız Gülnar Məmmədova qalib gəlib. Bu məğlubiyyətdən sonra qadın millimiz aktivindəki 10 xalla yarış cədvəlində 7- ci yerdən 14-cü pilləyə düşüb. Qadın millimiz 8- ci turda Argentina yığması ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111