Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçılarımız ÜŞO-nun 10-cu turunda uduzublar 

Özbəkistanın Səmərqənd şəhərində kişi və qadınlar arasında keçirilən 46-cı Ümümdünya Şahmat Olimpiadası artıq finişə yaxınlaşıb. Azərbaycan komandaları ( kişi və qadın) da daxil olmaqla, 138 kişi və 149 qadın komandasının iştirakı ilə İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan turnirdə sentyabrın 26-da 10- cu turun oyunları keçirilib. Təəssüflər olsun ki, hesabat turunda hər iki komandamız məğlubiyyətlə üzləşib. Kişi komandamız Hollandiya millisinə 1,5:2,5, qadın millimiz isə Sloveniyaya 0,5:3,5 hesabla uduzub. 

Geridə qalan on turdan sonra kişi millimiz 15 xalla 7- ci pillədədir. Onu da qeyd edək ki, millimiz turnirin başa çatmasına bir tur qalmış eyni xala malik olan ABŞ, Türkiyə, Xorvatiya, Özbəkistan-2, Hollandiya, Ermənistan, Serbiya ilə birlikdə, 6-13- cü yerləri bölüşür. İlk üçlüyü isə Özbəkistan (18 xal), Hindistan (17 xal) və Ukrayna (16 xal) bölüşür. Macarıstan isə 16 xalla dördüncü yerdədir.

Sayca 11- ci olan son turda kişi komandamız yarışa cədvəlində 11-ci olan Serbiya ilə üzləşəcək.

10 turdan sonra 13 xalla 23- cü pillədə yer alan qadın millimiz isə son turda İran komandasıyla qarşılaşacaq. Qeyd edək ki, eyni xala malik olan rəqib yarış cədvəlində 22- ci pillədədir. 

Qadınların yarış cədvəlində ilk üçlüyü Çin (18 xal), Qazaxıstan (17) və Hindistan (16) bölüşür. Polşa və Vyetnam komandası da 16 xala malikdir. 

Yeri gəlmişkən, kişi komandamızin son turda mükafatçılar sırasında yer tutmaq şansı olsa da, qadınlarımızın heç bir şansı qalmayıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111