27 sentyabr Azərbaycanda Anım Günüdür
Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
44 günlük müharibədəki qələbəmiz, Prezident İlham Əliyevin qətiyyəti erməniləri və onların havadarlarını iflasa uğratdı. Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrı –Vətən müharibəsinin başladığı günü, Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması haqqında sərəncam imzalamışdır. Bu da şəhidlərimizə, onların doğmalarına ali ehtiramının bir göstəricisidir.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



