Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi millimiz ÜŞO-da 5-ci, qadın komandamız isə 16-cı olub

Özbəkistanın Səmərqənd şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan komandalarının (kişi və qadın) da iştirak etdiyi 46-cı Ümümdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulub. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu yarışda Azərbaycan da daxil olmaqla 138 kişi, 149 qadın komandası mübarizə aparıb. 

Son turda kişi komandamız Serbiya (2,5:1,5), zəriflərimiz isə İran (3:1) millisini məğlub edib. Kişi komandamızın heyətində Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Eltac Səfərli rəqiblə xal bölüb, Məhəmməd Muradlı isə qalib gəlib. Bu qələbədən sonra aktivindəki xalların sayını 17- yə çatdıran kişi komandamız çıxışını, 5-ci yerdə bitirib. Eyni xalla ABŞ- dan bir pillə geri qalan millimiz Ermənistan və Macarıstanla birlikdə 4-7- ci yerləri bölüşüb. İlk üçlükdə isə müvafiq ardıcıllıqla Özbəkistan (20 xal), Hindistan (18 xal) və Almaniya (18xal) yer alıb. 

Son turda İran üzərində qələbə qazanan qadın millimizə gəlincə, heyətində yer alan Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva rəqibini məğlub edib, Günay Məmmədzadə ilə Xanım Balacayeva isə rəqiblə sülh bağlayıb. Matçı 3:1 hesablı qələbə ilə başa vuran qadın millimiz aktivindəki xalların sayını 15- ə çatdırıb. Bu isə komandamıza yalnız 16-cı olmaq imkanı verib. Ümumilikdə isə qadın millimiz 149 komanda sıralamasında onunla eyni xal ehtiyatına malik olan digər komandalarla birlikdə 12-27-ci yerləri bölüşüb.

Qadınların yarışında çempion adını 20 xalla Çin millisi qazanıb. Müvafiq olaraq, 18 və 17 xal toplayan Qazaxıstanla Hindistan isə növbəti iki yeri tutub.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111