Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ACF-nin adaptiv cüdo qrupu Sarayevoda 4 medal qazanıb 

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Turniri keçirilib. Turnirdə Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri də ( xüsusi qayğıya ehtiyacı olan şəxslər) iştirak ediblər. ACF-dən verilən məlumata görə, təmsilçilərimiz yarışı biri qızıl, biri gümüş və ikisi bürünc əyarlı olmaqla 4 (1-1-2) medalla başa vurublar. 

Təmsilçilərimizdən G-10 kateqoriyasında mübarizə aparan Kamran Quliyev qızıl, G-2 kateqoriyasında çıxış edən Sadiq Nəzərov gümüş, Adilə Niftalıyeva (G-24) ilə Yusif Nəsirli (G-7) isə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111